“Azneft”ə yeni baş direktor TƏYİN EDİLDİ

 12:37 28.03.2024     424

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib.

Bu barədə Redaktor.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəl “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.