Prezident Bakı Dövlət Universitetinə rektor TƏYİN ETDİ

 14:19 27.03.2024     1260

Prezident İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".