Prospektdə qəza sıxlıq yaratdı

 09:46 28.03.2024     179

Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.