Sədərəkdə həlak olanlar dəfn edildilər

 21:44 28.04.2024     328

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu dəfn olunublar.

Redaktor.az xəbər verir ki, onlar Sədərək rayon qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.