Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk etdi - YENİLƏNİB

 23:36 16.04.2024     910

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Redaktor.az xəbər verir ki, sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi. (APA)

***
22:46

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib. 

Redaktor.az bu barədə Musavat.com-a istinadən xəbər verir.

Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edib. 

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır. 

Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.