Elçin Əfəndiyevin son vəziyyəti AÇIQLANDI

 12:38 23.04.2024     265

Xalq yazıçısı Elçin Əfəndiyevin vəziyyəti yaxşılaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a onun yaxınları məlumat veriblər.

Yazıçının hazırda xəstəxanada olduğu bildirilib:

"Hər şey qaydasındadır. Əhvalı da yüksəkdir. Səhhəti getdikcə yaxşılaşır. Daxili orqanlarında narahatlıq var idi. Bərpa prosesi gedir. İstanbulda olan xəstəxanaların birində əməliyyat olunub. Əməliyyatı da uğurlu keçib. Özünü yaxşı hiss edir".

Xatırladaq ki, Xalq yazıçısı Elçin Əfəndiyev iki gün öncə İstanbulda əməliyyat edilib.