Bakının bu rayonunda su kəsildi

 10:27 02.05.2024     170

Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Redaktor.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.