Azərbaycanda bu məşhur mineral su BAHALAŞDI

 12:06 02.05.2024     519

Azərbaycanda Sirab mineral sularının qiymətlərində artım müşahidə edilir. 

Redaktor.az bilriri ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, supermarketlər xüsusilə 1-1,5 litrlik qazsız suların qiymətlərini artırıb. 

Məsələn, əvvəl 85 qəpiyə təklif edilən 1,5 litrlik sular hazırda 1 manata satılır. Başqa sözlə, Sirab suları 15-20 qəpik və ya 18% bahalaşıb. 

Mağazalar bildirirlər ki, qiymət artımı istehsalçı zavod tərəfindən tətbiq edilir.  “Sirab” ASC-in satınalmalar departamentindən isə qiymətlərdə artımın olduğu təsdiqlənib. 

Zavoddan İqtisadiyyat.az-a bildirilib ki, plastik qablarda buraxılan suların qiymətləri artırılıb. Bu isə istifadə edilən xammalın, yəni plastik materialın bahalaşması ilə bağlıdır.

Qeyd edilib ki, əvvəlki dövrlə müqayisədə xammal 20% bahalaşıb. Xərclər artdığı üçün zavod da bunu istehsal edilən məhsula tətbiq etməyə məcbur olub.