"Bizim məramımız SOCAR-ı Milli Enerji Şirkətinə çevirməkdir"

 14:35 03.05.2024     233

"Bizim məramımız SOCAR-ı əlverişli, təhlükəsiz və dayanıqlı enerji təchizatçısı olan Milli Enerji Şirkətinə çevirməkdir".

Redaktor.az xəbər verir ki, bunu  "Yaşıl dünya naminə həmrəylik ili"ndə Media Gündəmi adlı tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı deyib.

O bildirib ki, SOCAR 2050-ci ildə qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən Milli Enerji Şirkəti olmaq istəyir:

"SOCAR, AİŞ və "bp" şirkəti 2025-ci ilin sonuna kimi 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsini həyata keçirilməsini planlaşdırır. Eyni zamanda SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl " hidrogen layihələrində iştirak edir".

Humay İSGƏNDƏRLİ