Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib oldu - FOTO

 09:56 01.05.2024     447

Avstraliyanın paytaxtı Sindeydə azyaşlılar arasında keçirilən ingilis dili olimpiadasında Azərbaycanı təmsil edən şagird birinciliyə layiq görülüb.

Redaktor.az xəbər verir ki, "Global Olympiad Center"in təşkilatçılğı ilə 20 nömrəli məktəbin şagirdi Nail Kərimli JEO olimpiadasında 14 ölkədən olan həmyaşıdları ilə mübarizə aparıb.

Gərgin keçən olimpiadada Nail yarışdığı sinif üzrə 2-ci yer, yaş kateqoriyasına görə isə birinci yerə layiq görülüb.

Olimpiada müddətində iştirakçılar Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə Sidneyin gəzməli və görməli yerlərdində, tarixi muzeylərində olublar.

 

22