İlham Əliyev bir qrup rektoru təltif edib

 13:32 01.05.2024     409

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Bu barədə Redaktor.az-a SOCAR-ın Bakı Ali Neft Məktəbi İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yer alıblar.

Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.