Məktəb direktoruna yüksək vəzifə verildi

 20:54 03.05.2024     857

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.