Trampın qələbəsi Avropanın liberal elitaları ilə əlaqələrini məhv edəcək

 09:23 03.05.2024     114

"Əgər Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Amerika hakimiyyəti ilə Avropanın liberal elitaları arasında əlaqələr məhv olacaq".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki,bu sözləri Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban  deyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.

Humay İSGƏNDƏRLİ