Pakistanda ağır avtobus qəzası - Ölənlərin sayı onlarladır

 09:38 03.05.2024     138

Pakistanın şimalında Gilgit-Baltistan ərazisində şəhərlərarası avtobusun dərəyə aşması nəticəsində azı 20 nəfər ölüb, 7 nəfər yaralanıb.

Redaktor.az "TASS"a istinadə xəbər verir ki, polisin ilkin versiyasına görə, avtobus sürücüsü idarəetməni itirib və nəticədə avtomobil dərin dərəyə düşüb.

Yaralılar, o cümlədən, vəziyyəti ağır olan 5 nəfər xəstəxanaya çatdırılıb. 

Pakistanın baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib.

Humay İSGƏNDƏRLİ