ABŞ informasiya müharibəsi üçün Rusiyadan jurnalistlər cəlb edir

 10:08 03.05.2024     137

"ABŞ-nin nəzarətində olan və Rusiya Federasiyasında arzuolunmaz tanınan təşkilatlar Rusiyadan jurnalistləri təqaüd almaq və sonradan Rusiya Federasiyasına qarşı informasiya müharibəsi aparmağa hazırlamaq üçün cəlb edirlər". 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu  Dövlət Dumasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması üzrə komissiyasının rəhbəri Vasili Piskarev deyib.

“Ölkəmizdə arzuolunmaz təşkilat və xarici agent kimi tanınan USAGM-nin nəzarətində olan "Azadlıq Radiosunun" mayın 1-dən etibarən xüsusi təqaüd almaq üçün Rusiyadan jurnalistləri cəlb etməsi əlamətdardır. Təqaüd alanlar ölkəmizə qarşı informasiya müharibəsi aparmaq və rəngli inqilabları qızışdırmaq üçün xaricdə təlim keçəcəklər”,- deyə Piskarev vurğulayıb.

Humay İSGƏNDƏRLİ