Gürcüstan parlamentində "sarı təhlükəsizlik" daha iki gün qüvvədə olacaq

 13:12 03.05.2024     167

3 və 4 may tarixlərində Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi qüvvədə olacaq.

Redaktor.az xəbər verir ki, parlament binasına giriş məhdudlaşıb.

Qanunvericilik binasına yalnız parlament üzvləri və işçilər buraxılacaq.

Xatırladaq ki, "Xarici agentlər" haqqında qanun layihəsinin müzakirələri ilə əlaqədar son günlərdə Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları keçirilib. Etirazçıların Parlament Sarayına hücumu nəticəsində binaya və infrastruktura ziyan dəyib. Buna görə də Parlament Sarayında tədbirlər təxirə salınıb. Aksiyalar mayın 2-də dayandırılıb. Bununla əlaqədar parlament binasında elan olunan "qırmızı təhlükəsizlik" səviyyəsi mayın 2-si saat 14:00-dan sonra "sarı təhlükəsizlik" səviyyəsi ilə əvəzlənib.