İspaniyada narkotik alverçilərindən 3 milyon avrodan çox pul ələ keçirildi

 13:18 03.05.2024     195

İspaniya Mülki Qvardiyası Cənubi Amerikadan Avropaya kokain daşıyan cinayətkar qrupun fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Məlumata görə, əməliyyat Avropa Polis Agentliyi (Avropol) və ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə həyata keçirilib. Ötən ilin əvvəlindən davam edən araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 20 nəfəri saxlayıb.

Axtarışlar zamanı Mülki Qvardiya 3 milyon avrodan çox nağd pul, eləcə də müxtəlif narkotik maddələr müsadirə edib. Bundan əlavə, hüquq-mühafizə orqanları şübhəlilərin 10 milyon avrodan çox dəyərindəki aktivlərinə həbs qoyub.

T.İSMAYIL