"Ermənilərin Qarabağa qayıtma ehtimalını görmürəm" - Paşinyan

 23:44 22.04.2024     476

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, indiki vəziyyətdə ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan görmür.

Redaktor.az xəbər verir ki, hökumət rəhbəri bunu Ermənistanın İctimai TV-də nümayiş etdirilən britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Ölkəyə səfərlərim zamanı "Dağlıq Qarabağ"dan məcburi köçkün düşmüş bir qadın mənə yaxınlaşdı və "Dağlıq Qarabağ"a qayıtmağın mümkün olub-olmadığını soruşdu, mən cavab verdim ki, indiki vəziyyətdə ermənilərin dağlıq əraziyə qayıtma ehtimalını görmürəm. Bundan əlavə, demək istərdim ki, Ermənistan "Dağlıq Qarabağ" uğrunda döyüşmək fikrində deyil və demarkasiya prosesində Ermənistanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edirik”, - deyə Paşinyan bildirib.

T.İSMAYIL