“Azərbaycan iqtisadiyyatı hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi”

 15:07 23.04.2024     113

“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi”.

Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

“Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili məhsulumuzun 8 faizindən də azdır”, - deyə dövlət başçısı vurğulayıb.