"Kişinin görünüşü mənim kimi olmalıdır...” - Yaşar Yusub

 12:08 23.04.2024     452

“Bir kişi olaraq mənim üçün qadın qədər baxımlı görünmək anlayışı yoxdur. Açıq və rahat-rahat deyə bilirəm bu sözü. Düzdür, kimsə deyə bilər ki, hər kəsin öz işidir, bu ayrı məsələ".

Redaktor.az xəbər verir ki, bu barədə müğənni Yaşar Yusub MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində danışıb. 

"Mənim üçün kişi elə kişidir. Kişinin kişi görünüşü var. Baxımlılıq başqa şeydir. Əli, barmağı, dırnağı, saqqalı formada olsun. Bu dərəcədə olmalıdır. Kişinin geyimi mənim kimi olmalıdır. Qadın qədər baxımlı olmaq gərək deyil. Plastik əməliyyat edənlər də var. Yaşı 50-ni keçib. Buna ehtiyac var. Aşırı pis görünürsə, edə bilər. Deyək ki, 28-40 yaş arası problem yaranıbsa, edə bilər. Lazım deyilsə, görünüşünü satma. Özündən oyun çıxartma. Darıxır deyir, nə edim ki, maraqlı olsun? Belə həmkarlarımı görəndə utanmasam da, narahat oluram”, - deyə müğənni bildirib.

Redaktor.az