"Qadın da, kişi də vətəndaş nikahına girməli deyil" - Spiker

 13:41 23.04.2024     470

“Avropada araşdırmalara görə vətəndaş nikahı azalsa da, Azərbaycanda getdikcə artır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

“Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”, - deyə millət vəkili əlavə edib.

Spiker Sahibə Qafarova deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur, qadın da, kişi də vətəndaş nikahına girməli deyil.

Humay İSGƏNDƏRLİ