Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - VİDEO

 13:50 23.04.2024     409

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.

Redaktor.az xəbər verir ki, satıcılar ucuzlaşmanın təxminən bir neçə gün bundan əvvəl başladığını və qiymətin enməsi mövsümi xarakter daşıdığını bildirib.

Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.