İrəvan-Dilican avtomobil yolu açıldı

 14:58 23.04.2024     135

Ermənistanın Tavuş bölgəsində etirazçılara dəstək əlaməti olaraq müvəqqəti bağlanan İrəvan-Dilican avtomobil yolu açılıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, etirazçılar bu gün keçirilməsi planlaşdırılan məşəl yürüşündə iştirak etmək üçün İrəvana gedən vətəndaşların keçidini təmin etmək üçün yolu təmizləyiblər.

Fəallardan biri etirazın uzunmüddətli olacağını vurğulasa da, bu dəfə piketçilər tədbir iştirakçılarını buraxmaq qərarına gəliblər.

Sayt qeyd edib ki, hazırda bütün Tavuş vilayətində etiraz aksiyaları keçirilir. Onlar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı işğaldakı kəndlərin Azərbaycana qaytarılmasına etiraz edirlər.

T.İSMAYIL