Putinin andiçmə mərasimi bu tarixdə keçiriləcək

 15:06 23.04.2024     193

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu Federasiya Şurasının komitə sədri Andrey Klişas deyib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri üç gün ərzində, martın 15-dən 17-dək keçirilib. Nəticədə Vladimir Putin yeni müddətə yenidən prezident seçilib. 

Bir neçə gün əvvəl Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Putinə prezident şəhadətnaməsi təqdim edib.

Turan İSMAYIL